Salam GTA IV fanatları.Bu yazımda GTA IV-ün əsas problemlərindən biri olan pul məsələsidi.Bəziləri pulunun bitməsindən qorxub asan yol axtarır,bəziləri isə nə qədər pulu olsa da doymur.Heç olmasa oyunda varlı olaq :)...Hə,keçim əsas məsələyə.Bu üsulu şəhərdə maşınları elə belə gülləyərkən kəşf etdim.Qurbanlarıma birini də əlavə eləmək istəyəndə maşının zirehli olduğunu gördüm.Əsəbləşdim və arxasınca düşüb masını qumbara ilə partlatdim.Və birdən yerdə dəstələrlə pul gördüm!!!Sonra başa düşdüm ki partlatdığım maşın poul daşıyırmış.Həmin puldan bircə sent belə götürə bilmədim.Yenə polis əmilər arxamca düşdülər,həmdə "superkompyuter"im donmağa başlamışdı.Sonra internetdə axtardım,və bu üsulu məndən əvvəl kəşf edənlər varmış.Bu da maşının şəkli...

Sonra bir neçə gün o maşını axtardım.İlk dəfə xəritədə 1 rəqəmi ilə işarələdiyim,Hove Beach adlana ərazidə görmüşdüm.Bir neçə günlük axtarışdan sonra şəkildəki "gruppe sechs" adlanan maşını xəritədə 2 rəqəmi ilə işarələdiyim "Eastland City" adlanan ərazidə tapdım.İlk iş,apardım maşını evimin qabağına park eləyib,oyunu yaddaşa vurdum.Əsas maşını tapmaqdı,tapdınızsa sonrası asandı.Pula ehtiyac olanda maşını park etdiyim yerdən götürürəm.Hələ ki maşını partlatmıram.Çünki partlasa yenisini tapmaq üçün yenə bir neçə gün axtarmalıyam.Maşını park etdiyim yerdən götürəndən sonra yenidən maşını tapdığım yerə qayıdıram.Çünki maşını tapdığım yerə həmin maşınla qayıdanda hər yer o maşınla dolu olur.Sonra qarşıma çıxan ilk "gruppe sechs" maşının qarşısını kəsirəm.Sürücü maşından bayıra tullayandan sonra köhnə "gruppe sechs" maşınımdan çox uzaqlaşmamaq şərtilə biraz uzaqda saxlayıram(Yeni maşınla köhnə maşın yaxın olsa birini partladan hər ikisi partlaya bilər və hər iki maşını birdın itirə bilərəm).Sonra maşını partladıram.Və tez kod yığıb polislərdən qurtuluram.İndi isə cəld pulları yığıb(qısa müddətdə pullar yox olur) köhnə maşınıma minib yeni "grouppe sechs" axtarıram və hər şeyi yenidən başladıram.
Koddan istifadə eləməyənlər üçün isə vəziyyət qarışıqdı.Cünki iki maşını birdən saxlaya bilməzlər.O saniyə polislər arxasınca düşəcək.Ona görə kod istifadə etmirsinizsə sizə 2 məsləhətim var.
- "Gruppe sechs" maşınını götürüb evinizin qarşısına çatana qədər başqa "gruppe sechs" maşının arxasınca düşmə bilərsiniz.Sonra isə ikisini birdən park eləyib hansısa birini benzindoldurma mərkəzinə vuraraq,ya da körpülərin altında,evsizlərin issinmək üçün istifadə etdiyi bidonlarla yandırıb partlada bilərsiniz.
- Ya da "Gruppe sechs" maşınını tapıb benzindoldurma mərkəzinin yaxınlığında yol kəsərək,maşının içində oturub,başqa bir "Gruppe sechs" maşını gözləyə,gələndən sonra onu benzindoldurma mərkəzinə vurub partlada bilərsiniz.
Bu qədər...Azadlıq şəhərində doyunca kef eləyin... :)

